ÇATDIRILMA SİYASƏTİ
Delivery and Shipping Policy
Sifariş etdiyiniz məhsul üzrə ödəniş daxil olduqda sizə e-poçt vasitəsilə bildiriş təqdim ediləcəkdir. Bildirişdə məhsulun identifikasiya nömrəsi göstərilməkdədir. Bu identifikasiya nömrəsi ilə sifarişinizi Lora satış ünvanından əldə edə bilər və ya çatdırılma xidmətindən yararlana bilərsiniz.
Lora "online alış-veriş" səhifəsindən əldə edilən geyimlər üzrə sifarişləriniz bankın razılığı alındıqdan sonra 3 iş günü ərzində (bazar ertəsi-cümə) təqdim etdiyiniz ünvana göndərilir. Göndərilmə ünvanının məsafəsinə görə, daşıyıcı yük firması sifarişinizi 1-3 iş günü ərzində çatdırır. "Online alış-veriş" səhifəmizdən sifarişlər etdiyiniz məhsulların hamısı sizə müqaviləli yük şirkətləri tərəfindən sığortalanmış şəkildə çatıdırılacaqdır.
Azərbaycan Respublikası daxilində sifarişləriniz ödənişsiz* çatdırılır. Ödənişsiz çatdırılma hər 300 azn-dən yuxarı ticarət əməliyyatına tətbiq edilir. Ticarət əməliyyatı 300 azn-dən az təşkil edərsə göndərilmə üzrə əlavə 15 azn əlavə rüsum tətbiq ediləcəkdir. Çatdırılma üçün ticarət əməliyyatı zamanı doğru ünvanın göstərilməsi, bağlamanın çatdırılma ünvanında təhvil alınması alıcının məsuliyyətindədir. Bayram günləri və qeyri-iş günlərində çatdırılma həyata keçirilmir.
www.lora.az "online alış-veriş" səhifəsi birdən çox istifadəçinin eyni zamanda alış-veriş etməsinə imkan verir, nadir hallarda, istehlakçının eyni məhsulu satın alması mümkündür və məhsul ehtiyatları tükəndiyi təqdirdə və internet üzərindən ödəniş daxil olarsa minimum 4 (dörd), maksimum 30 (otuz) gün ərzində məhsul istehlakçıya verilə bilməzsə, məhsul üçün ödənilən vəsait istehlakçıya geri ödənilir.
Ölkə xaricinə çatdırılma mövcuddur. Çatdırılma səhifəmizdə qeyd edilən şərtlər çərçivəsində aparılır.
Ölkə xaricinə tariflər məhsul üçün ödəniş bölməsinə keçid hissəsində yerləşdirilmişdir.
GERİ QAYTARILMA və DƏYİŞDİRİLMƏ SİYASƏTİ
Return & Exchange Policy
Lora "online alış-veriş" səhifəsindən əldə edilən geyimlərin qaytarılması ölkədə qüvvədə olan qanunvericiliklə tənzimlənir. Bu müddət geyim üçün ödəniş daxil olduğu andan etibarən 14 təqvim günü ilə məhdudlaşdırılır. Geri qaytarılma üçün alınan geyimin fabrik etiketləri yerində olmalı, geyimin ümumi görünüşündə qüsur olmamalıdır, istifadə edilməmiş olmalıdır. Geri qaytarılma üçün çatdırılma xərcləri müştəridən tutulmaqdadır. Geri qaytarılma yalnız Lora satış ünvanında aparılır.